Tovuzda atasıgilə qonaq gedən qadın dəm qazından zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda atasıgilə qonaq gedən qadın dəm qazından zəhərlənib

15:09 - 26 / 03 / 2025
Tovuzda atasıgilə qonaq gedən qadın dəm qazından zəhərlənib

Tovuzda dəm qazından zəhərlənmə olub.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü K.Əmrahova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

İxtisasca həkim olan K.Əmrahovanın Bakıda yaşaydığı, rayona atasıgilə qonaq gəldiyi məlum olub.

Faktla bağlı Tovuz Rayon Prokrorluğunda araşdırma aparılır.

Paylaş:
158

Son xəbərlər

Bütün xəbərlər