Bayram günlərində hava necə olacaq? - Proqnoz açıqlandı

Ramazan bayramı günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Bayramda Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata əsasən, martın 30-31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10, gündüz 16-21 dərəcə isti olacaq.
Rayonlarda hava şəraiti necə olacaq?
Azərbaycanın əksər rayonlarında martın 30-31-də havanın əsasən yağmursuz keçəcəyi, lakin 30-u gündüz əsasən dağlıq ərazilərdə, 31-də isə bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntı intensiv olacaq
Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.