Bərdədə itkin düşən 17 yaşlı qızın cəsədi suvarma kanalından tapılıb

Qarabağ suvarma kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində batan 2008-ci təvəllüdlü Gülçin Cəfər qızı Xəlilovanın cəsədi tapılıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Gülçin Xəlilovanın cəsədi polis əməkdaşları tərəfindən rayonun Qaraqoyunlu kəndi ərazisindən tapılaraq, aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Xatırladaq ki, martın 19-da Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olmuşdu. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb edilmişdi.