Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Qafar Ağayev17:42 - 29 / 03 / 2025
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakıda yanğın olub.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzilin mətbəxində 2 paq.m mebel, 1 ədəd məişət avadanlığı və 3 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
162

Son xəbərlər

Bütün xəbərlər