Məmmədli kəndində avtomobildə yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məmmədli kəndində avtomobildə yanğın baş verib

Qafar Ağayev17:14 - 31 / 03 / 2025
Məmmədli kəndində avtomobildə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb, xəsarət alan olmayıb.

Paylaş:
317

Son xəbərlər

Bu ərazidə su kəsiləcək

03 / 08 / 2026, 14:20
Bütün xəbərlər