Martda minalardan təmizlənən ərazilərin sahəsi açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Martda minalardan təmizlənən ərazilərin sahəsi açıqlandı

Qafar Ağayev15:08 - 01 / 04 / 2025
Martda minalardan təmizlənən ərazilərin sahəsi açıqlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, azad olunan ərazilərdə mart ayı ərzində 105 tank əleyhinə mina, 331 piyada əleyhinə mina, 9755 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 4556 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər