Ağcabədidə yol qəzası olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə yol qəzası olub

16:09 - 01 / 04 / 2025
Ağcabədidə yol qəzası olub

Ağcabədidə yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Bəhrəmtəpə magistralının Ağcabədi rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı dəmir məhəccərə çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar Xocavənd kənd sakinləri Mamedov Elyas Feyruz oğlu, Ağayev Rahib Xəlil oğlu, Hüseynov Əlvan Fikrət oğlu və Quliyev Etibar Asif oğlu Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
100

Son xəbərlər

Bütün xəbərlər