Tramp Putinə yenidən xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Dünya

Tramp Putinə yenidən xəbərdarlıq edib

Qafar Ağayev09:34 - 01 / 04 / 2025
Tramp Putinə yenidən xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə yenidən xəbərdarlıq edib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp, Putinin atəşkəsi qəbul etmədiyi təqdirdə Rusiya neftinə dolayı yolla ikinci dəfə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

Prezident Tramp bu barədə açıqlamasında, "Mən onu razılaşma əldə edərkən görmək istəyirəm. Həftədə 2500 nəfər həyatını itirir. Atəşkəsi qəbul edəcəyinə əmin olmaq istəyirəm... Düşünürəm ki, qəbul edəcək. İkinci dəfə Rusiya neftinə gömrük rüsumu tətbiq etmək istəmirəm. Ancaq işini görmədiyini düşünsəm, bunu edəcəyəm" - deyib.

Xatırladaq ki, Tramp daha əvvəl Rusiya nefti alan ölkələrlə ikitərəfli ticarətdə həmin ölkələrə 50% vergi tətbiq etmək barədə də xəbərdarlıq etmişdi. Bu son xəbərdarlıq, ABŞ-ın Ukrayna münaqişəsinin həlli istiqamətində Rusiyaya təzyiqlərini artırmaqda davam etdiyini göstərir.

Paylaş:
120

Son xəbərlər

Bütün xəbərlər