Aksiz markası və məcburi nişanlamaya görə dövlət rüsumu “e-bildiriş” əsasında ödənilməyə başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Aksiz markası və məcburi nişanlamaya görə dövlət rüsumu “e-bildiriş” əsasında ödənilməyə başlanıb

Qafar Ağayev10:55 - 04 / 04 / 2025
Aksiz markası və məcburi nişanlamaya görə dövlət rüsumu “e-bildiriş” əsasında ödənilməyə başlanıb

Cari il aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb.

Maliyyə Nazirliyindən 1news.az-a bildirilib ki, dövlət rüsumlarının “e-bildiriş” əsasında ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin tələblərinin təmin edilməsi məqsədilə həyata keçirilir.

Ödəyici aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunu rüsum tutan orqan tərəfindən ona təqdim edilmiş “e-bildiriş” əsasında ödəməlidir. Həmin dövlət rüsumlarının ödənilməsi zamanı hər bir hüquqi hərəkət üzrə tərtib edilmiş “e-bildiriş”ə görə 0,02 manat məbləğində xidmət haqqı tutulur.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər