Ötən üç ayda DSMF-dən 34 minə yaxın elektron arayış alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən üç ayda DSMF-dən 34 minə yaxın elektron arayış alınıb

Qafar Ağayev12:08 - 04 / 04 / 2025
Ötən üç ayda DSMF-dən 34 minə yaxın elektron arayış alınıb

Bu ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 33 min 708 elektron arayış alınıb.

Bu barədə 1news.az-a Fondun mətbuat xidmətindən məlumat verilib.

Həmin arayışların 9 min 943-ü pensiya, 12 min 35-i müavinət və təqaüd, 7 min 977-si fərdi şəxsi hesab, 1 589-u ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 344-ü ünvanlı dövlət sosial yardımı ödənişləri, 728-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 1 077-si əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər