Bilgəhdə boşanmaq istəyən arvadının qulağını kəsən kişi tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bilgəhdə boşanmaq istəyən arvadının qulağını kəsən kişi tutulub

17:54 - 05 / 04 / 2025
Bilgəhdə boşanmaq istəyən arvadının qulağını kəsən kişi tutulub

Bakıda boşanmaq istəyən həyat yoldaşının bıçaqla qulağını kəsən şəxs saxlanılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O, bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.

Araşdırma aparılır.

Paylaş:
366

Son xəbərlər

Bu ərazidə su kəsiləcək

03 / 08 / 2026, 14:20
Bütün xəbərlər