Ceyranbatanda üzərinə beton aşan 46 yaşlı fəhlə ölüb

Ceyranbatanda 46 yaşlı fəhlənin üzərinə beton aşması nəticəsində həyatını itirib.
1news.az “Report”a istinadən məlumat verir ki,hadisə Ceyranbatan qəsəbəsində yerləşən betonzavodda qeydə alınıb.
1979-cu il təvəllüdlü Saməddin Nurəddin oğlu Rüstəmov zavodda qaynaq işi görərkən onun üzərinə beton aşıb.
Saməddin Rüstəmov elə hadisə yerindəcə həyatını itirib
Faktla bağlı araşdırma aparılır
97