Mingəçevir Dövlət Universitetinə rektor təyin edilən Anar Eminov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevir Dövlət Universitetinə rektor təyin edilən Anar Eminov kimdir? - DOSYE

Qafar Ağayev16:23 - 09 / 04 / 2025
Mingəçevir Dövlət Universitetinə rektor təyin edilən Anar Eminov kimdir? - DOSYE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.

1news.az Mingəçevir Dövlət Universitetinə rektor təyin edilən Anar Eminov haqda məlumatları təqdim edir:

A. Eminov 1982-ci ildə Sumqayıt şəhərində anadan olub.

O, 1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Təhsilini Türkiyədə davam etdirən Eminov, 2003-2004-cü illərdə Egey Universitetində, 2004-2006-cı illərdə isə Doqquz Eylül Universitetində magistr dərəcəsi alıb. Hər iki universitetdə beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə məzun olub. Həmin dövrdə Türkiyə Gənc Girişimcilər Birliyinin üzvü, Azərbaycan Marketinq Cəmiyyətinin Türkiyə üzrə rəhbəri kimi fəaliyyət göstərib.

2006-2010-cu illərdə Qərb Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alıb. Eyni zamanda, 2006-2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunda elektron ticarət ixtisasını (distant təhsil) başa vurub.

2012-ci ildə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda dünya iqtisadiyyatı ixtisası üzrə dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2016-cı ildə dosent elmi adı verilib. 2015-2020-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində “Sahə iqtisadiyyatı” üzrə elmlər doktorluğu proqramını tamamlayıb.

2023-cü ildə Azərbaycan Texniki Universitetində Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra isə Yüksək Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb.

O, sosial sahələrə yönəldilmiş investisiya layihələrinin effektivliyi ilə bağlı tədqiqatlar aparır. Anar Eminovun 200-ə yaxın elmi məqaləsi, 5 dərs vəsaiti və 1 monoqrafiyası nəşr olunub.

Paylaş:
1149

Son xəbərlər

Şamaxıda zəlzələ olub

12 / 04 / 2025, 16:10

Azərbaycan nefti bahalaşıb

12 / 04 / 2025, 12:06
Bütün xəbərlər