Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı çatıb və açarlar təqdim edilib - YENİLƏNİB

Ağdam rayonunun Sarıcalı kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb və açarlar təqdim edilib.
1news.az “Report”a istinadən xəbər verir ki, Sarıcalı kəndinə daha 39 ailə (153 nəfər), o cümlədən: Bakı şəhərindən 22 ailə (85 nəfər); Bərdə rayonundan 4 ailə (18 nəfər); Biləsuvar rayonundan 2 ailə (9 nəfər); Ağdam rayonundan 3 ailə (8 nəfər); Ağcabədi rayonundan 2 ailə (8 nəfər); Yevlax şəhərindən 2 ailə (8 nəfər); Abşeron rayonundan 1 ailə (6 nəfər); İmişli rayonundan 1 ailə (6 nəfər); Ucar rayonundan 1 ailə (3 nəfər); Mingəçevir şəhərindən 1 ailə (2 nəfər) yerləşdirilib.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 76-ya (299 nəfər) çatıb.
08:38
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 39 ailə - 153 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.