Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb

Qafar Ağayev11:23 - 10 / 04 / 2025
Salyanda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən, Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama keçirib.

Agentlikdən 1news.az-a verilən məlumata görə, baxış zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik və 8 ədəd 0.5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Paylaş:
103

Son xəbərlər

Bütün xəbərlər