Rusiya Hərbi Akademiyasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub - VİDEO

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının rəisi tarix elmləri namizədi general-polkovnik Vladimir Zarudnitskiyin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU) olub.
Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
MMU-da yüksək səviyyəli görüş keçirilib
MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib.
Hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Görüşdə Azərbaycan və Rusiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Rusiya nümayəndə heyətinə brifinq təqdim edilib
Rusiyalı qonaqlara MMU-nun yaranma tarixi, təhsil sistemi, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub.
Rusiya nümayəndə heyəti Hərbi İnstitutu ziyarət edib
Sonra Rusiya nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. Nümayəndələrə Hərbi İnstitutun tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.