Azərbaycandan üçüncü universitet “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduz ilə qiymətləndirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan üçüncü universitet “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduz ilə qiymətləndirilib

Qafar Ağayev17:44 - 14 / 04 / 2025
Azərbaycandan üçüncü universitet “QS Stars” beynəlxalq reytinq sistemində 5 ulduz ilə qiymətləndirilib

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən keçirilən “QS Stars” reytinq sistemində Azərbaycan Texniki Universitetinin (AzTU) fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.

1news.az xəbər verir ki, ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Azərbaycan Texniki Universiteti 5 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.

“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.

Qeyd edək ki, Türkiyə və Mərkəzi Asiya regionunun ölkələri ilə müqayisədə Azərbaycan “QS Stars” reytinq sistemində ilk dəfədən fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilən ali təhsil müəssisələrinin sayına görə lider mövqedədir.

Bu uğurlu nəticə münasibətilə Azərbaycan Texniki Universitetini təbrik edir, “QS Stars” qiymətləndirməsi davam edən digər ali təhsil müəssisələrinə uğurlar arzu edirik.

Paylaş:
165

Son xəbərlər

Bütün xəbərlər