Hazırda minə yaxın uşağa sosial xidmətlər göstərilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hazırda minə yaxın uşağa sosial xidmətlər göstərilir

Qafar Ağayev15:10 - 17 / 04 / 2025
Hazırda minə yaxın uşağa sosial xidmətlər göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda 983 uşağa sosial xidmətlər göstərilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, onlardan 676 nəfəri stasionar, 307 nəfəri isə yarımstasionar formada sosial xidmətlərlə əhatə olunur.

Həmin xidmətlərə Agentliyin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri və uşaq evlərində, Sosial Xidmət Mərkəzlərində və digər müəssisələrdə göstərilən xidmətlər daxildir.

Müasir yaşayış və reabilitasiya şəraitinə malik olan həmin müəssisələrdə uşaqlarla bağlı fərdi inkişaf planı tərtib edilir, onlarla sosial iş aparılır və sosial dəstək tədbirlərinə cəlb olunurlar.

Paylaş:
124

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər