Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda xüsusi ağacəkmə aksiyası keçirilib

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda xüsusi ağacəkmə aksiyası keçirilib.
Bu barədə 1news.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, aksiya zamanı Abşeron Tingçilik Sovxozunun təqdim etdiyi 37 ədəd püstə ağacı əkilib. Bu seçim təsadüfi deyil, çünki püstə ağacı Abşeron yarımadasında nəslinin kəsilmək üzrə olduğu nadir ağac növlərindəndir. Məqsəd həm bitkinin qorunması və artırılması, həm də İçərişəhərdə və Qala Qoruğunda onu bir simvola çevirməkdir.
Qeyd edək ki, tədbir Qala Qoruğunun yaranmasının 37 illiyinə həsr olunub.












90