Azər Türk Bank Çin Xalq Respublikasının UnionPay beynəlxalq ödəniş sisteminə qoşuldu

Dövlət bankı Azər Türk Bank UnionPay International beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətə başladı.
Bu ödəniş sisteminə aid kartlar vasitəsilə ölkədə Banka aid ATM-lərdə əməliyyatlar və POS-terminallar vasitəsilə ödənişlər mümkün olacaq. Tezliklə UnionPay kartlarının elektron ticarətdə qəbuluna başlanması elan ediləcək.
UnionPay brendi ilə tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni satış imkanları əldə etməsinə kömək edəcəkdir.
Qeyd edək ki, UnionPay dünyanın aparıcı ödəniş şəbəkələrindən biridir. UnionPay kartları Azərbaycan da daxil olmaqla dünyanın 183 ölkə və regionunda qəbul edilir və Çinin materik hissəsindən kənarda buraxılan kartların ümumi sayı 200 milyonu ötür. UnionPay International yüksək keyfiyyətli, sərfəli və təhlükəsiz ödəniş sistemi təminatçısıdır.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Reklam hüququnda