Bişkekdəki "Manas” Milli Teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti keçirilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Bişkekdəki "Manas” Milli Teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti keçirilib

Qafar Ağayev17:56 - 24 / 04 / 2025
Bişkekdəki "Manas” Milli Teatrında Qədim Musiqi Alətləri Ansamblının konserti keçirilib

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Qədim Musiqi Alətləri Ansamblının konsert proqramı təqdim edilib.

1news.az xəbər verir ki, konsert Qırğızıstanın "Manas" Milli Teatrında baş tutub.

Solistlər Xalq artisti Teyyub Aslanov ilə Əməkdar artist Nuriyyə Hüseynovanı bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifov olan ansambl müşayiət edib.

Konsert proqramında təqdim olunan bəstəkar və xalq mahnıları yerli publika tərəfindən böyük coşqu ilə qarşılanıb.

Konsertlə bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşən Xalq artisti Munis Hüseynov Azərbaycanı dünya səhnələrində təmsil etməkdən qürur duyduqlarını deyib:

“Bu gün həm də mənim doğum günümdür. Belə bir gündə qırğız qardaşlarımızın qarşısında çıxış etmək, Azərbaycanın qədim musiqi alətlərini tanıtmaq mənim üçün fəxrdir”.

Paylaş:
65

Son xəbərlər

Bakıda üç avtomobil yanıb

24 / 04 / 2025, 16:30

İsmayıllıda zəlzələ olub

24 / 04 / 2025, 14:45
Bütün xəbərlər