1news.az yazdı, Binəqədidə dəmiryol körpüsünün altına yerləşdirilən taxta parçası çıxarıldı - FOTO

Ötən həftə 1news.az-da Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən dəmiryol körpüsünün altında təhlükə saçan taxta parçasının olması ilə bağlı yazı yayımlanmışdı.
Həmin ərazidən keçənlər taxta parçasının insanlara və nəqliyyat vasitələrinə zərər verəcəyini bildirərək, nararahatlıqlarını ifadə edirdilər.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY)"Taxta parçasının ora yerləşdirilməsi reklam lövhələrinin bərkidilməsi məqsədi ilə olub. Ola bilər ki, daha sonra onu yerindən çıxarmaq yadlarından çıxıb. Ümumiyyətlə, körpünün ağırlığını nəzərə alaraq, taxta parçasından körpüyə dayaq kimi istifadə etmək mümkün deyil" – deyə açıqlama verilmişdi.
1news.az-ın həmin ərazidən keçən oxucuları yeni foto ataraq, taxta parçasının körpünün altından çıxarıldığını bildiriblər. Fotoları təqdim edirik.
Həmçinin baxın:
Binəqədidə dəmiryol körpüsünün altına taxta parçası niyə yerləşdirilib? - ADY-dən açıqlama - FOTO






.jpg)