Sabunçuda çörək sexində yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
1news.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 2800 m² (hər mərtəbəsi və mansardası 700 m²) olan üçmərtəbəli mansarda tipli çörək sexinin 3-cü mərtəbəsində sobanın izolyasiya üzlüyü 10 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
58