“İçərişəhər” ərazisində məsuliyyətsizlik edən sürücü ilə bağlı tədbir görüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

“İçərişəhər” ərazisində məsuliyyətsizlik edən sürücü ilə bağlı tədbir görüldü

Qafar Ağayev12:29 - Bu gün
“İçərişəhər” ərazisində məsuliyyətsizlik edən sürücü ilə bağlı tədbir görüldü

Sosial şəbəkələrdə yayılan, “İçərişəhər” ərazisində qeydə alınan məsuliyyətsiz sürücülük davranışı ilə bağlı görüntülər dərhal “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzarətinə götürülmüşdür.

Qoruqdan 1news.az-a verilən məlumata görə, İctimai narahatlıq doğuran bu məsələ ilə bağlı operativ reaksiya göstərilmiş, hadisənin bütün detalları araşdırılmış və qeyd olunan sürücünün İçərişəhər ərazisinə girişinə qadağa qoyulmuşdur.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq bildirmək istəyirik ki, ərazidə piyadaların, xüsusən də uşaqların təhlükəsizliyi bizim üçün prioritet məsələdir. Qoruq ərazisində təhlükəsizlik qaydalarına əməl etməyən, ictimai qaydanı pozan və mədəni davranış sərgiləməyən heç bir şəxsə güzəşt edilməyəcəkdir.
Vətəndaşlarımızdan xahiş edirik ki, bu cür hallarla rastlaşdıqda aidiyyəti qurumlara və ya rəsmi səhifələrimizə məlumat versinlər.

Paylaş:
91

Son xəbərlər

Bütün xəbərlər