Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq - Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq - Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

17:23 - 01 / 05 / 2025
Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq - Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq mayın 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Paylaş:
215

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05
Bütün xəbərlər