Yağıntılı hava şəraiti davam edir - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağıntılı hava şəraiti davam edir - Faktiki hava

10:00 - Bu gün
Yağıntılı hava şəraiti davam edir - Faktiki hava

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lerikdə 26, Yardımlı və Neftçalada 16, Lənkəranda 15, Astarada 14, Naxçıvanda 12, Ordubad, Cəlilabad və Culfada 10, Şahbuzda 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Cəfərxanda 6, Daşkəsən, İmişli, Kürdəmir, Biləsuvar və Şərurda 5, Sabirabad, Qobustan, Ağdam, İsmayıllı, Şamaxı, Göygöl, Gəncə, Tərtər, Göyçay, Zərdab, Beyləqan, Sədərək, Ağstafa, Goranboy, Naftalan, Ceyrançöl, Zaqatala, Altıağac, Balakən, Şəki, Qəbələ, Qusar, Xaltan, Mingəçevir, Yexlax, Bərdə və Gədəbəydə 4 mm-dək təşkil edir.

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Qax, Şəki, Qrız, Qusar, Tərtər, Yevlax, Göyçay, Lerik və Cəfərxanda duman müşahidə olunur, dumanda görünüş 500 m-dək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, o cümlədən Aran rayonlarında 16, Naxçıvan MR-da 14, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər