Xaçmazda oğurluq edən şəxslər saxlanılıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda oğurluq edən şəxslər saxlanılıblar - FOTO

Qafar Ağayev15:55 - 06 / 05 / 2025
Xaçmazda oğurluq edən şəxslər saxlanılıblar - FOTO

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərdən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Surac Ömərov və Əliağa Zeynalov saxlanılıblar.

1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, S.Ömərov müxtəlif evlərə daxil olaraq oradan qızıl-zinət əşyaları, Ə.Zeynalov isə tanışına məxsus mağazadan pul oğurlayıb.

Məhkəmənin qərarı ilə S.Ömərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Paylaş:
154

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər