Ağdamda iş zamanı sinəsinə armatur batan fəhlə xəstəxanada ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda iş zamanı sinəsinə armatur batan fəhlə xəstəxanada ölüb

13:17 - 13 / 05 / 2025
Ağdamda iş zamanı sinəsinə armatur batan fəhlə xəstəxanada ölüb

Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə zamanı fəhlə Sənan Mustafayevin sinəsinə armatur batıb.

Bərdə Diaqnostika Mərkəzinə çatdırılan yaralının xilas edilməsi üçün diaqnostika mərkəzinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.

S.Mustafayev Bərdə Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Paylaş:
315

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər