Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək - XƏBƏRDARLIQ

09:35 - 16 / 05 / 2025
Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək - XƏBƏRDARLIQ

Mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən, Şabran, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Ceyrançöl, Qazax, Ağstafa, Qobustan, Hacıqabul, Gəncə, Daşkəsən, Gədəbəy, Samux, Göygöl, Xaçmaz, Kəlbəcər, Laçın, Mingəçevir, Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş:
223

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

11 / 09 / 2025, 14:48
Bütün xəbərlər