Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

15:04 - Bu gün
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumatına əsasən Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər