Ağdamda insan skeletinə bənzər sümük fraqmentləri aşkar edilib

Ağdamda növbəti dəfə sümük qalıqları aşkar edilib.
1news.az APA-ya istinadən xəbər verir ki, sümük qalıqları işğaldan azad edilmiş Eyvazxanbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən aşkarlanıb.
Əraziyə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda dəqiqləşdirmə işləri aparılır.
Qeyd edək ki, Eyvazxanbəyli kəndi ərazisində aprel ayında da sümük qalıqları tapılmışdı.
64