Naxçıvanda kütləvi qida zəhərlənməsi olub, dönərxana bağlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda kütləvi qida zəhərlənməsi olub, dönərxana bağlanıb

15:39 - Bu gün
Naxçıvanda kütləvi qida zəhərlənməsi olub, dönərxana bağlanıb

Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, 7 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qasımova Aysun Elkən qızına məxsus “Kassap dönər” adlı dönərxanada Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı dönərxanada normativ tələblərin pozulduğu məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanılmadığı, temperaturun monitorinqinin həyata keçirilmədiyi və qeydiyyatının aparılmadığı, soyuducularda mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.

Şübhəli məhsul hesab edilən mayonez və toyuq dönərindən, həmçinin səthlərdən yaxma nümunələri seçilərək analizlərin aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər