Bakının Əbdülvahab Salamzadə küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Əbdülvahab Salamzadə küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

16:17 - Bu gün
Bakının Əbdülvahab Salamzadə küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan mayın 25-i saat 22:00-a qədər Bakının Yasamal rayonunun Əbdülvahab Salamzadə küçəsində (Tbilisi prospektindən tunelin girişinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

1news.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Yol bağlanmır. Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. ", - deyə məlumatda qeyd olunub.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər