10 illiyini qeyd edən Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı! - FOTO

Bu il 10-cu ilini qeyd edən Milli İnsan Resursları Forumu "Facemark" şirkətinin təşkilatçılığı ilə 24 may tarixində "Baku Marriott Hotel Boulevard"da keçirilib.
Forumda insan resursları sahəsində fəaliyyət göstərən mütəxəssislər, şirkət rəhbərləri və dövlət nümayəndələri bir araya gəlib.
500+ iştirakı ilə keçirilən tədbirdə "İnsana yeni dəyər", "Təcrübəyə dəyər" və "Fərqli dəyər" panelləri üzrə moderator və spikerlər çıxış edərək həyatımızda insan resurslarının rolu və təsiri, iş mühitində dəyişən trendlər, empatiya əsaslı liderlik, və texnologiyanın HR praktikalarına inteqrasiyası kimi mövzularda fikirlərini bölüşüblər.
Forum Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və “Yaradıcı mərkəz”in təşkilati dəstəyi, “PAŞA Sığorta”nın Gold sponsorluğu, “189 Taxi” və “Apar” şirkətlərinin sponsorluğu ilə baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca forumun layihə rəhbəri Cabir Süleymanlı tədbir iştirakçılarını salamlayıb.
"İnsana yeni dəyər" panelində moderator qismində "Azərsun Holdinq"in İnsan Resursları Departamentinin müdiri Fərid Tağıyev çıxış edib. Panel çərçivəsində insan kapitalının təşkilat daxilində rolu, nəsil dəyişimi və dəyişən insan davranışları fonunda yaranan yeni insan resursları alətləri, əməkdaşların potensialının üzə çıxarılması kimi mövzular müzakirə olunub.
Panelin spikerləri:
Əfsanə Rəcəbova - Azərbaycan Hava Yolları (AZAL) - İnsan resursları üzrə strateji biznes partnyor;
Kamil Hüseynov - "KHHR Consultancy" / Təsisçi, idarəetmə üzrə konsultant və təlimçi;
Rauf Məmmədov - "Azərbaycan Dəmir Yolları" QSC / İnsan Resursları Departamentinin müdir müavini;
Tural İslamov - "LANDAU Education Group", "Mergen Group Consultancy Company" / HR direktoru, həmtəsisçi.
"Təcrübəyə dəyər" adlı II panel TEDx çıxışları formatında keçirilərək dinamik, ilhamverici çıxışlarla yadda qalıb. Çıxışlar zamanı HR sahəsində toplanmış real təcrübələrin təşkilati uğura necə çevrildiyi, insan kapitalının inkişafında praktik yanaşmalar, funksional mükəmməllik, ailə yönümlü iş yeri siyasətləri, liderlik, təlim və peşəkar inkişaf strategiyaları kimi mövzulara toxunulub.
Panelin spikerləri:
Seymur Əhmədov - "Azerconnect Group" şirkəti / İnsan resurslarının idarəedilməsi və layihələr üzrə direktoru;
Sevinc Qarakişiyeva - "Umid-Babek Operating Company" / Azərbaycan Filialında İnsan Resursları şöbəsinin rəisi;
Tural Məmmədov - SOCAR / İnsan Kapitalının İnkişafı və Funksional Mükəmməllik Departamentinin rəis müavini;
Şəms Mustafayeva - Dünya Bankı və BMT-nin Əhali Fondu / Gender bərabərliyi üzrə baş məsləhətçi;
Dəyanət Ağayev - "Paprec Enerji" / İnsan Resursları Departamentinin rəhbəri, həmçinin "Hucap Consulting" şirkətinin təsisçisi və direktoru.
III Panel olan "Fərqli dəyər" panelində moderator qismində Milli İnsan Resursları Forumu (MİRF) layihəsinin rəhbəri, “Baku Electronics” İR Departament direktoru Cabir Süleymanlı çıxış edib.
Bu panel çərçivəsində insan resurslarına yanaşmada fərqlilik yaradan trendlər, insan kapitalı və iqtisadi inkişaf münasibətləri, texnologiyanın İR idarəetmədə rolu, günümüzdə kibertəhlükəsizliyin önəmi, sosial məsuliyyət, təhsil və təşkilati mədəniyyətin inkişafı kimi geniş və dəyərli mövzular müzakirə olunub.
Panelin spikerləri:
Elgün Bəxtiyaroğlu - "TEXIO Academy" / Təsisçi;
Fərhad Pərvizi - "Baker Tilly Azerbaijan" / Məsləhət Xidmətləri Direktoru;
İlhan Çağlar - "IC Consulting" / Təsisçi;
Sevinc Seyidova - ADA İbtidai Məktəbi / Akademik direktor.
Forumda iştirak edən bütün iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin tədbirin ardından Milli İnsan Resursları Forumunun 10 illik yubileyi münasibətilə iştirakçılar üçün xüsusi After Party təşkil olunub. Təntənəli atmosferdə keçirilən tədbirdə tanınmış musiqiçi Orxan Zeynallı və digər musiqili qonaqlar öz çıxışları ilə günə rəng qatıblar.
Əyləncəli proqram çərçivəsində lototron üsulu ilə hədiyyəli müsabiqələr keçirilib və iştirakçılar sponsorlar tərəfindən təqdim olunan dəyərli hədiyyələrin sahibi olublar.
“After Party” həm şəbəkələşmə, həm də birgə nailiyyətlərin qeyd olunması baxımından yaddaqalan olub.
















