10 saylı Cəzaçəkmə Müəssisəsində əfvə düşən 8 nəfərə arayışları təqdim olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

10 saylı Cəzaçəkmə Müəssisəsində əfvə düşən 8 nəfərə arayışları təqdim olunub - FOTO

Qafar Ağayev17:31 - 26 / 05 / 2025
10 saylı Cəzaçəkmə Müəssisəsində əfvə düşən 8 nəfərə arayışları təqdim olunub - FOTO

Prezident İlham Əliyevin 26 may 2025-ci ildə imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

1news.az xəbər verir ki, 10 saylı Cəzaçəkmə Müəssisəsində Əfv sərəncamı şamil olunan şəxslərə arayışları Milli Məclisin deputatları Hikmət Babaoğlu, Bəhruz Məhərrəmov, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin rəis müavini, general-mayor Orxan Qasımov, Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər ictimaiyyət nümayəndələri təqdim edib.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin rəis müavini, general-mayor Orxan Qasımov deyib ki, 71-ci əfv sərəncamıdr.

“Əfv institunun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndiyəcək əfv sərəncamı çərçivəsində 10 mindən çox şəxs azad olunub. Arzu edirəm ki, digər şəxslər də tez bir zamanda azad olunsunlar”.

Qeyd olunub ki, bu Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı 8 nəfərə şamil edilib.

Onlardan 1 nəfər Gürcüstan vətəndaşı, 7 nəfər isə Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.

Əfv Sərəncamı 200-dan çox şəxsə şamil olunub.

Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.

Foto: Nadir İbrahimli

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər