“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb

Qafar Ağayev11:02 - 26 / 05 / 2025
“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb

Ötən ilin may ayında Türkmənistandan Azərbaycana gətirilmiş “Saturn” neft qazma qurğusu AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmilərinin müşayiəti ilə Xəzər dənizinin Türkmənistan sektoruna aparılıb.

1news.az xəbər verir ki, qurğu Şıx limanından “Hövsan”, “Hövsan 2” və “SOCAR 1” gəmilərinin dəstəyi ilə çıxarılıb, daha sonra “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri ilə yedəklənib.

Üç gün davam edən bu mürəkkəb əməliyyat təhlükəsiz şəkildə başa çatıb.

Qeyd edək ki, ASCO gəmiləri Türkmənistandan geriyə qayıdarkən “Neptun” qazma qurğusunu ölkəmizə çatdıracaqlar. Artıq qurğunun yedəklənməsi üçün hazırlıq prosesinə başlanılıb.

Paylaş:
115

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

31 / 05 / 2025, 12:24

Çaylarda sululuq artıb

31 / 05 / 2025, 10:46
Bütün xəbərlər