Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

Qafar Ağayev10:20 - 27 / 05 / 2025
Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə olunan faktiki vəziyyət barədə məlumat yayıb.

Xidmətdən 1news.az-a verilən məlumata görə, avtomat hidroloji stansiyaların mayın 27-si saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 16, Əyriçayda 2, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 8, Kür çayının aşağı axınında Kür-Yevlaxda 17, Kür-Zərdabda isə 25 santimetr artım qeydə alınıb.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər