Ağcabədidə 8 kq narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə 8 kq narkotik aşkarlanıb

Qafar Ağayev10:45 - 27 / 05 / 2025
Ağcabədidə 8 kq narkotik aşkarlanıb

Polis Ağcabədidə 8 kiloqram narkotik vasitə aşkarlayıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tariyel Həsənov və bir yeniyetmə saxlanılıb. İdarələrində olan avtombilə baxış zamanı 6 kiloqram marixuana və 2 kiloqram heroin aşkarlanıb. Onlar narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, T.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
80

Son xəbərlər

Havada toz müşahidə olunur

30 / 05 / 2025, 12:40
Bütün xəbərlər