Gömrükçülər külli miqdarda aksiz markasız siqaretlər aşkarladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülər külli miqdarda aksiz markasız siqaretlər aşkarladı

12:35 - 27 / 05 / 2025
Gömrükçülər külli miqdarda aksiz markasız siqaretlər aşkarladı

Külli miqdarda aksiz markasız siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən 1news.az-a verilən məlumata görə, DGK Əməliyyat-İstintaq Baş İdarəsi, Sumqayıt Gömrük İdarəsi və Balakən Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Şəki şəhər sakininə məxsus mağazadan və fərdi yaşayış evindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 262 520 ədəd ədəd siqaret və 229 ədəd elektron siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
125

Son xəbərlər

Bütün xəbərlər