Azərbaycan hərbçisinin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan hərbçisinin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

16:55 - 29 / 05 / 2025
Azərbaycan hərbçisinin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Azərbaycan Ordusunun hərbçisinin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə 1news.az-a Respublika Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

13:16

Azərbaycan Ordusunun hərbçisi Xudaverdi Həsən oğlu Sadıqov Kəlbəcərdə minaya düşüb.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Paylaş:
171

Son xəbərlər

Bütün xəbərlər