Balaxanı neftçiləri uşaqlar üçün həyata keçirdiyi layihəni yekunlaşdırdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Balaxanı neftçiləri uşaqlar üçün həyata keçirdiyi layihəni yekunlaşdırdı - VİDEO

12:31 - 01 / 06 / 2025
Balaxanı neftçiləri uşaqlar üçün həyata keçirdiyi layihəni yekunlaşdırdı - VİDEO

“Balakhani Operating Company LTD”-nin dəstəyi ilə həyata keçirilən "Məktəblilər Ədibin Evində" layihəsi 1 iyun, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində yekunlaşdı.

Hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonlarındakı məktəblər üçün nəzərdə tutulan layihədə bu il 200-dən çox şagird, eləcə də şirkət əməkdaşlarının övladları iştirak ediblər.

"Məktəblilər Ədibin Evində" layihəsi mütaliə vərdişlərinin aşılanması, milli ədəbiyyata marağın artırılması, şagirdlərin mədəniyyətlə təmas quraraq fərdi inkişaf etməsinə dəstək verməyi nəzərdə tuturdu. İştirakçılar İçərişəhərdəki “Ədibin Evində” azərbaycançılıq ideologiyasını müzakirə edən silsilə görüşlərə qatılıb, keçirilən interaktiv məşğələ və müzakirələrdə hədiyyələr qazanıblar.

Layihənin nəticələrini qiymətləndirən “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev bildirib: “Uşaqlarımızın sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi bizim üçün vacibdir. BOC olaraq Azərbaycanın “qara qızıl”ının “insan qızılı”na çevrilməsi missiyasına töhvə verməkdən qürur duyuruq”.

Paylaş:
191

Son xəbərlər

Bütün xəbərlər