Oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib

Qafar Ağayev17:38 - 02 / 06 / 2025
Oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli 1news.az-a bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.

"O, inzibati qaydada həbs olunub. İstər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur", - deyə DİN-in əməkdaşı bildirib.

Paylaş:
130

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər