Bu il ailəsinə qaytarılan uşaqların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il ailəsinə qaytarılan uşaqların sayı açıqlanıb

17:48 - 02 / 06 / 2025
Bu il ailəsinə qaytarılan uşaqların sayı açıqlanıb

Bu il 64 uşaq reinteqrasiya tədbirləri nəticəsində müəssisələrdən ailələrinə qaytarılıb.

1news.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, uşaqların həmin müəssisələrinə düşməsinin qarşısının alınması da əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Cari ildə 100 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Beləliklə, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.

Paylaş:
130

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər