DİN: Həftəsonu 30 kiloqramadək narkotik vasitə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Həftəsonu 30 kiloqramadək narkotik vasitə aşkarlanıb

11:07 - 02 / 06 / 2025
DİN: Həftəsonu 30 kiloqramadək narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 31-də və iyunun 1-də ümumi çəkisi 30 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,8 kiloqrama yaxın heroin, 24,2 kiloqramdan çox marixuana və 2 kiloqrama yaxın metamfetamin olub.

Həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 89 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 4897 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
85

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 06 / 2025, 15:54
Bütün xəbərlər