“TP Engineering” 30-cu Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisində - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“TP Engineering” 30-cu Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisində - FOTO

14:30 - 03 / 06 / 2025
“TP Engineering” 30-cu Yubiley Beynəlxalq “Xəzər Neft və Qaz” Sərgisində - FOTO

3 iyun 2025-ci il, Bakı, Azərbaycan, Neft emalı və neft-kimya sahəsində beynəlxalq EPCM-tərəfdaşı olan “TP Engineering” şirkəti, 2025-ci il 2-4 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumu və Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisində iştirak edir.

Bu il Bakı Enerji Həftəsində 39 ölkədən 267 şirkət təmsil olunur.

Beynəlxalq təcrübə və əhəmiyyətli layihələr

Azərbaycanda təsis edilmiş “TP Engineering” şirkəti üçün bu hadisə yerli neft-qaz strukturları ilə texnoloji və işgüzar əməkdaşlığın gücləndirilməsində mühüm mərhələdir.

Sərgidə iştirak “TP Engineering”in geniş beynəlxalq təcrübə və uzunmüddətli tərəfdaşlıq arzusu ilə doğma bazara qayıdışını simvolizə edir. On ildən artıq fəaliyyəti ərzində “TP Engineering” Rusiya, Rumıniya, Bolqarıstan və Şərqi Avropanın digər ölkələrində layihələri uğurla həyata keçirmişdir. Bununla belə, şirkətin baş ofisi Bakıda qalmaqda davam edir ki, bu da onun Azərbaycan bazarına sadiqliyini vurğulayır. Ötən müddət ərzində şirkət bir sıra əhəmiyyətli sənaye layihələrini həyata keçirib.

Şirkətin mühüm layihələri arasında:

• "Stavrolеn" MMC-də (“LUKOYL Qrupu”) etilen və propilen istehsalında piroliz sobalarının yenidən qurulması;

• "LUKOYL-Volqoqradneftepererabotka" MMC-də təmizləyici qurğuların modernləşdirilməsi;

• “PETROTEL-LUKOIL” NEZ-də (Rumıniya) texnoloji boru kəmərlərinin dəyişdirilməsi;

• “LUKOYL Qrupu”nun obyektlərində əsaslı təmir.

TP Engineeringin cari layihələri

Bu gün şirkət texnoloji və mühəndislik tərəfdaşları ilə birlikdə sərgidə təqdim olunan bir sıra strateji əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsini davam etdirir. Bunların arasında:

• "LUKOYL-Permnefteorqsintez" MMC ərazisində dizel yanacağı və benzin saxlamaq üçün rezervuarların tikintisi (Perm şəhəri);

• "LUKOYL-Nijeqorodnefteorqsintez" MMC müəssisəsində (Kstovo şəhəri) Biturox texnologiyası ilə oksidləşdirilmiş bitum istehsalı qurğusunun yaradılması (Avstriya şirkəti “Pörner” ilə birlikdə);

• Neftin emal dərinliyinin artırılması proqramı çərçivəsində vakuum fraksiyalaşdırma qurğusunun (VFQ) tikintisi;

• AO "İonmübadilə texnologiyaları" ilə tərəfdaşlıqda həyata keçirilən lokal təmizləyici qurğuların və dövriyyə su təchizatı blokunun layihələndirilməsi və tikintisi.

Göründüyü kimi, “TP Engineering”in strateji tərəfdaşları arasında “Pörner”, “Caspian Engineering Solutions” MMC, Zəyəm Texnologiyalar Parkı, VNİİOS, AO “Ion-exchange Technologie” və “JUTAL” daxil olmaqla tanınmış beynəlxalq və regional təşkilatlar var.

Sərgi çərçivəsində artıq "Ion-exchange Technologies" AO və “Pörner” şirkəti ilə tərəfdaşlıq sazişləri imzalanıb.

"TP Engineering” həmişə tərəfdaşlıq və açıq təcrübə mübadiləsi prinsiplərinə sadiq qalır. Biz əminik ki, komandamızın beynəlxalq təcrübəsinin Azərbaycanın sənaye potensialı ilə birləşməsi hər iki tərəfə hiss olunacaq dərəcədə fayda gətirəcək. Sərgi təkcə səriştələrimizi təqdim etmək üçün platforma deyil, həm də yerli sifarişçilər və həmkarlarla dialoqu genişləndirmək imkanıdır", - deyə “TP Engineering”in regional ofisinin rəhbəri Akif Əliyev qeyd edib.

Bakı Ekspo Mərkəzindəki stendimiz dövlət və özəl şirkətlərin nümayəndələri, sahə mütəxəssisləri və tərəfdaşlar üçün açıqdır. Burada ziyarətçilər şirkətin xidmətləri, həyata keçirilmiş layihələr və əməkdaşlıq imkanları ilə daha ətraflı tanış ola biləcəklər.

Reklam hüququnda

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər