“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır - FOTO

16:26 - 06 / 06 / 2025
“PAŞA Holding” Qurban Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırır - FOTO

“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban Bayramı münasibəti ilə bayram sovqatları çatdırıb.

2023-cü ildən etibarən “PAŞA Holding” 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə sözügedən ailələrə “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.

Qurban Bayramı münasibəti ilə təqdim edilən sovqatlar may ayının əvvəlindən Bravo supermarketlər şəbəkəsi tərəfindən çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.

Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırda layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.

Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri daxildir.

Paylaş:
94

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər