AQTİ-nin yeni saytı istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

AQTİ-nin yeni saytı istifadəyə verilib

Qafar Ağayev15:36 - Bu gün
AQTİ-nin yeni saytı istifadəyə verilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) yeni saytı istifadəyə verilib.

İnstitutdan 1news.az verilən məlumata görə, sayt sahibkarların məlumatlandırılması, istehlakçıların maarifləndirilməsi üçün çox faydalı imkanlar təqdim edir.

Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəli ən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün müraciət bölmələri yaradılıb.

Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlər barədə ətraflı məlumatlar təqdim olunur. Sayta daxil olan hər kəs laboratoriyalara virtual tur etmək imkanı qazanacaq.

Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təklif etdiyi təlimlər, konsaltinq, halal sertifikatlaşdırma, layihələndirmə, xarici qiymətləndirmə və digər xidmətlər sahibkarlar üçün daha asan formada təqdim olunub.

Yenilənən saytda “HALAL” uyğunluq sertifikatı almaq istəyən sahibkarlar üçün yeni “Kalkulyator” bölməsi yaradılıb ki, burada müvafiq bölmələri dolduraraq "HALAL" sertifikatlaşma üzrə qiymətləndirmə rüsumlarını öyrənmək mümkündür.

Saytda hər gün yenilənən maraqlı məqalələr istehlakçıların maarifləndirilməsi üçün əlverişli informasiya mənbəyidir.

Qeyd edək ki, 7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər