Gəncədə yolda təmirlə əlaqədar hərəkət tam məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə yolda təmirlə əlaqədar hərəkət tam məhdudlaşdırılacaq

Qafar Ağayev15:45 - 10 / 06 / 2025
Gəncədə yolda təmirlə əlaqədar hərəkət tam məhdudlaşdırılacaq

Gəncə avtomobil yolunun 2-ci kilometrində yerləşən körpünün təmiri ilə əlaqədar olaraq, 11 iyun saat 00:00-dan başlayaraq sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Qeyd edək ki, nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq körpünün yanındakı alternativ yolla təmin olunacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Paylaş:
211

Son xəbərlər

Yağış yağacaq - PROQNOZ

10 / 09 / 2025, 12:19
Bütün xəbərlər