Sabunçuda yol qəzası olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda yol qəzası olub - VİDEO

11:32 - 10 / 06 / 2025
Sabunçuda yol qəzası olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Ceyhun Şərifov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, xəbərlə əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1962-ci il təvəllüdlü Hüseynov Elçin Əlövsət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş:
154

Son xəbərlər

Bütün xəbərlər