Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair məlumatlar saxtadır - MEDİA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair məlumatlar saxtadır - MEDİA

Qafar Ağayev15:16 - 13 / 06 / 2025
Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair məlumatlar saxtadır - MEDİA

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir.

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq", - məlumatda qeyd olunub.

Paylaş:
135

Son xəbərlər

Bütün xəbərlər